Qadın həndbolçularımız İran klubunda çempion oldular
Qadın həndbolçulardan ibarət milli komandamızın üzvləri Səbinə Babayeva, Sultanə Tağıyeva və Valentina Kulikovanın çıxış etdikləri «Samenalhojaj» klubu, dünən İran Super Liqasında növbəti dəfə sevinib. İdman.com.az saytının məlumatına görə, Səbzivar şəhərinin təmsilçisi XII turda səfərdə «Şiraz-2» komandası ilə qarşılaşıb.

Əvvəldən sonadək üstün oyun nümayiş etdirən qonaqlar 32:16 hesabı ilə qalib gəliblər. Həmişə olduğu kimi, yenə həmyerlilərimiz matçı çiyinlərində daşıyıblar. Firuzabadlıların qapısına 15 top vuran həndbolçularımız, üstəlik, «Samenalhojaj»a 10 dəfə 7-metrlik cərimə zərbəsi qazandırıblar.

Bu nəticədən sonra Səbzivar təmsilçisi xallını 24-ə yüksəldib. İtkisiz irəliləyən «Samenalhojaj» Arazın o tayında vaxtında əvvəl çempionluğu bayram edib. 8 komandanın mübarizə apardığı Super Liqada oyunlarının bitməsinə 2 tur qalıb.

KAMRAN

Xəbər 1578 dəfə oxundu.