Rəqib voleybolçu ehtiyatlı danışdı
“Rəqibimizin heyəti güclü voleybolçulardan təşkil olunub. Hər 2 oyun gərgin keçəcək”. İdman.com.az saytının məlumatına görə, bunu Çex Respublikası “Brno” klubunun voleybolçusu Sarka Meliçarkova deyib.

Komandasının liberosu bildirib ki, Çellenc kubokunun 1/4 final mərhələsində Bakının “Lokomotiv” komandası ilə ilk matç çox ağır keçəcək: “Gərgin oyun olacaq. Bizim üçün birinci görüşdə qələbə vacibdir. Çünki Bakıda cavab görüşü heç də asan olmayacaq. Cütün taleyi “qızıl set”də də müəyyənləşə bilər”.
Qeyd edək ki, “Bron” ilk maçı fevralın 22-də evdə keçirəcək.

Xəbər 950 dəfə oxundu.