Qəbələnin oyununu belaruslu hakimlər idarə edəcək
UEFA Avropa Liqasının birinci təsnifat mərhələsinin ilk oyunları çərçivəsində iyunun 30-da, “Bakcell Arena”da keçiriləcək “Qəbələ” – “Samtredia” (Gürcüstan) matçının hakim təyinatları açıqlanıb. Sözügedən oyunu belaruslu hakimlər idarə edəcək:

Baş hakim: Denis Şerbakov
Baş hakimin köməkçiləri: Dmitri Juk, Yuri Khomçanka
Dördüncü hakim: Sergey Tsinkeviç (Hakimlər briqadası Belarusdandır).
Hakim-inspektor: Aleksey Spirin (Rusiya).

Xəbər 789 dəfə oxundu.