“Azərreyl”in rəqibi yenə sevindi
Qadın voleybolçular arasında Avropa Çempionlar Liqasının 1/4 final mərhələsində “Azərreyl”in rəqibi olan “Dinamo” Rusiya Super Liqasında növbəti oyununu keçirib. İdman.com.az saytının məlumatına görə, Xabarovsk “Samorodok”unu sınağa çəkən kazanlılar asan qələbəyə seviniblər. Belə ki, onlar rəqiblərini 3:1 (25:16, 12:25, 25:18, 25:21) hesabı ilə məğlub edərək, 1-ci pillədəki yerlərini qoruyublar.

18 turdan sonra aktivində 42 xalı olan “Dinamo” ən yaxın izləyicisi “Uraloçka”nı 5 xal qabaqlayırlar. Bundan öncə isə, “polislər” Çellenc kubokunun 1/4 finalında “Bakı”nın rəqibi olacaq “Omiçka”nı üstələmişdilər (3:2).
Qeyd edək ki, “Dinamo” “Azərreyl”i fevralın 22-də Kazanda qəbul edəcək.

Xəbər 1132 dəfə oxundu.