Gimnastlarımız dünya çempionatında iştirak ediblər
Koreya Respublikasının İnçeon şəhərində aerobika gimnastikası üzrə dünya çempionatı keçirilib.

2013-cü ilin sonundan etibarən ölkəmizdə inkişaf etməyə başlayan bu gimnastika növünün təmsilçiləri ilk dəfə olaraq belə mötəbər yarışa qatılıblar.

Dünya çempionatında kişilərin fərdi yarışlarında çıxış edən Vladimir Dolmatov 20-ci, dünya yaş qruplarında qadınların fərdi çıxış proqramı üzrə yarışlarda isə Nərminə Hüseynova 35-ci nəticə göstərib.

Xəbər 835 dəfə oxundu.