Klublarımız hansı hakimlərə tapşırıldı?
Qadın voleybolçular arasında Avropa Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyunlarını idarə edəcək hakimlərin adları açıqlanıb. İdman.com.az saytının məlumatına görə, bu mərhələdə Bakıda Türkiyənin “Fənərbağça” klubunu qəbul edəcək “Rabitə”nin oyunu latviyalı Ritvars Alksnisə həvalə edilib.

Fevralın 22-də “Sərhədçi” Olimpiya-İdman Mərkəzində baş tutacaq görüşdə köməkçi hakim funksiyasını avstriyalı Euqen Kulhanek yerinə yetirəcək.
Həmin gün Kazanda “Dinamo”nun qonağı olacaq “Azərreyl”in ruslarla duelində əsas fit sahibi Yuraj Mokri (Slovakiya) olacaq. 2-ci referi kimi makedoniyalı Nikola Miçevski təyinat alıb.

Xəbər 945 dəfə oxundu.