Neftçinin yeni qapıçısı bəlli oldu
"Neftçi" yeni qapıçı tapıb. Paytaxt klubunun hazırda Türkiyə toplanışında yoxladığı qolkiper xorvatiyalı Krşevan Santinidir.

29 yaşlı qapıçının son klubu Kipr "Enosis"i olub. Baş məşqçi Vəli Qasımov bu gün onu afrikalı futbolçulardan qurulmuş "SİBM Traning Center" komandası ilə oyunda sınaqdan keçirəcək və özünü doğruldacağı halda, xorvat qapıçıya müqavilə təklif olunacaq.

Xəbər 864 dəfə oxundu.