Qəbələ yeni transferlərinin vurduğu qollarla qalib gəldi
İyunun 16-dan Gürcüstanda təlim-məşq toplanışında olan “Qəbələ” hazırlıq çərçivəsində 2-ci yoxlama oyununu keçirib. 4 gün öncə “Dila”nı 2:0 hesabı ilə məğlub edən “qırmızı-qaralar” Bolnisinin “Sioni” klubu ilə üz-üzə gəlib.

Gürcüstan kubokunun finalçısı ilə qarşılaşmada Roman Qriqorçuk aşağıdakı heyətə şans verib: Dmitri Bezotosnı (David Petrkeviç), Rikardinyo (Məhəmməd Mirzəbəyov), Ürfan Abbasov, Vitali Vernidub (Sadiq Quliyev), Voyislav Stankoviç (Murad Musayev), Rəşad Sadiqov (Roman Hüseynov), Nika Kvekveskiri (Qismət Alıyev), Asif Məmmədov (Tellur Mütəllimov), Filip Ozobiç, Sergey Zenyov (Ehtiram Şahverdiyev), Teo Uiks.

“Qırmızı-qaralar” Gürcüstandakı ilk matçda olduğu kimi, bu qarşılaşmada da 2:0 hesabı ilə qalib gəlib. Oyuna fəal başlayan “Qəbələ” matçın taleyini ilk 15 dəqiqədə həll edib. Hər iki qola yeni transferlər imza atıb. Görüşün 6-cı dəqiqəsində xorvatiyalı Filip Ozobiç Bolnisi təmsilçisinin qapısına yol tapıb. 9 dəqiqə sonra isə liberiyalı Teo Uiks fərqlənib – 2:0.

Xatırladaq ki, “Qəbələ” təlim-məşq toplanışında sonuncu oyununu iyunun 26-da keçirəcək. Qriqorçukun yetirmələri bu dəfə də “Sioni” ilə görüşəcək.

Yoxlama oyunu
22 iyun

“Sioni” - “Qəbələ” – 0:2

Xəbər 669 dəfə oxundu.