Seçmə mərhələdə rəqiblərimiz bəlli oldu
Bu il sentyabrın 2-dən 4-nə kimi Rumıniyanın paytaxtı Buxarestdə 3X3 basketbol üzrə Avropa Çempionatı keçiriləcək. Rumıniya Basketbol Federasiyası və "Sport Arena" şırkətinin dəstəyi ilə Avropa Çempionatında 12 qadın və 12 kişi komandası iştirak edəcək.

Avropa Çempionatının seçmə mərhələsində 27 ölkəni təmsil edən 52 komanda öz güclərini sınayacaq.

Azərbaycanın 3X3 basketbol üzrə yığma komandaları iyulun 1-dən 2-nə kimi Fransanın Puatye və Hollandiyanın Amsterdam şəhərlərində yarışaçaqlar.

Yarışların cədvəli:

Fransa (qadınlar)

A qrupu B qrupu
Azərbaycan Fransa
İtaliya Latviya
Rusiya İspaniya
Slovakiya Türkiyə
01 İyul 14:30 İtaliya - Azərbaycan

01 İyul 16:00 Azərbaycan - Slovakiya

02 İyul 12:30 Rusiya - Azərbaycan



Hollandiya (kişilər)

A qrupu B qrupu
Azərbaycan Hollandiya
Almaniya Rusiya
Serbiya Slovakiya
Türkiyə İsveçrə
Uels
01 İyul 11:00 Almaniya - Azərbaycan

01 İyul 15:30 Azərbaycan - Uels

01 İyul 17:30 Serbiya - Azərbaycan

02 İyul 10:40 Azərbaycan - Türkiyə

Xəbər 785 dəfə oxundu.