İran portalı Bakıda keçirilən Formula-1 yarışından yazır
İranın “f 1 iran.com” portalında Bakıda keçirilən Formula-1 Avropa Qran-pri yarışı haqqında məqalə yayılıb.

Məqalədə qeyd edilir ki, İranın qonşusu olan Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində keçirilən yarış dünya ictimaiyyətinin diqqətində olub. Formula-1-in marşrutunun uğurla seçildiyini nəzərə çatdıran müəllif yazır ki, sərt döngələr yarışı daha maraqlı edib. Bu marşrut şəhərin tarixi abidələrinin yanından və dəniz kənarından keçir.

Azərbaycana çoxlu sayda turistin səfər etdiyini vurğulayan portal qeyd edir ki, Formula-1 Avropa Qran-prisinin keçirilməsi üçün Bakı ideal şəhərdir.

Yazıda Herman Tilke və Luis Hamiltonun fikirlərinə də yer verilir. Onlar qeyd edirlər ki, yarışın keçirilməsi üçün çox gözəl şərait yaradılıb.

Məqalədə Bakının gözəlliyini və Formula-1-in marşrutunun əlverişliliyini əks etdirən fotolar da yer alıb.

AZƏRTAC

Xəbər 645 dəfə oxundu.