Bakıda Beynəlxalq Voleybol Federasiyasının II dərəcəli məşqçi seminarı keçirilir
Bakıda Beynəlxalq Voleybol Federasiyasının II dərəcəli məşqçi seminarı keçirilir.

Azərbaycan Voleybol Federasiyasının təşkilatçılığı ilə keçirilən seminarda 31 məşqçi iştirak edir. Bunlardan 13-ü xarici, 18-i isə yerli məşqçilərdir. Seminara türkiyəli Nejat Sancak rəhbərlik edir.

Türkiyəli mütəxəssis Nejat Sancak bildirib ki, seminar yüksək səviyyədə təşkil olunub. Bakı bizim üçün doğma şəhərdir. Burada bizim üçün heç bir çətinlik yoxdur. Fikrimcə məşqçilərimiz də seminardan razıdırlar. İyunun 25-26-da Bakıda Avropa Liqası yarışlarının yarımfinal mərhələsi çərçivəsində Azərbaycan–Yunanıstan oyunu keçiriləcək. Biz də bu oyunu canlı olaraq izləyəcəyik və məncə bu iştirakçılar üçün daha da maraqlı olacaq. Seminarın sonunda iştirakçılara beynəlxalq sertifikat təqdim olunacaq.

Seminara iyulun 2-də yekun vurulacaq.

Xəbər 801 dəfə oxundu.