“Lombarqini” Formula-1-ə keçid barədə düşünmür
“Lamborqini” İtaliya idman avtomobilləri istehsalçısının prezidenti və baş direktoru vəzifəsinə təyin edilən “Ferrari” komandasının sabiq rəhbəri Stefano Domenikali bildirib ki, şirkət Formula-1-də iştirak barədə düşünmür.

Yaranmış vəziyyəti şərh edən S.Domenikali deyib: Formula-1 yaxın gələcəkdə “Lamborqini” üçün prioritet deyil. Yaxın perspektivdə prioritetimiz investisiya tələb edən “Lamborqini” krossoverinin hazırlanması və istehsalına başlamaq, habelə imicimizin möhkəmləndirilməsidir.

AZƏRTAC

Xəbər 770 dəfə oxundu.