Millimizin futbolçusu məğlubiyyətin şahidi oldu
21 yaşlı futbolçulardan ibarət milli komandamızın oyunçusu Cihan Özqara Türkiyə Superliqasında növbəti matçına çıxıb. İdman.com.az saytının xəbərinə görə, yığmamızın futbolçusunun çıxış etdiyi "Sivasspor" klubu səfərdə "Fənərbağça"nın qonağı olub. Görüş 4:2 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb. Matçın 70-ci dəqiqəsində meydana çıxan Cihan, komandasına kömək edə bilməyib.

Xəbər 871 dəfə oxundu.