FİFA referilərimiz UEFA Avropa Liqasının ilkin təsnifat mərhələsinin oyunlarına təyinat alıblar
Azərbaycanlı FİFA referiləri Avropa Liqasının ilkin təsnifat mərhələsinin oyunlarına təyinat alıblar.

İyunun 30-da oynanılacaq “Slaviya” (Bolqarıstan) – “Zaqlembe” (Polşa) matçı hakimlər - Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Rəhim Həsənova, “Domjale” (Sloveniya) – “Lusitans” (Andorra) görüşü Orxan Məmmədov, Yaşar Abbasov, Mübarizə Haşımov, Ömər Paşayevə, iyulun 5-də təşkil olunacaq “Birkirkara” (Malta) – “Şiroki Briyeq” (Bosniya və Herseqovina) qarşılaşması isə Rəhim Həsənov, Namiq Hüseynov, Vaqif Musayev və Rauf Cabbarova tapşırılıb.

Xəbər 807 dəfə oxundu.