Qəbələ Avroliqa üçün sifariş vərəqini UEFA-ya təqdim etdi
“Qəbələ”nin UEFA Avropa Liqasının birinci təsnifat mərhələsi üçün heyəti müəyyənləşib. “Qırmızı-qaralar” Gürcüstanın “Samtredia” klubu ilə qarşılaşmalar üçün ilkin sifariş vərəqini UEFA-ya təqdim edib.

Quruma göndərilən A vərəqində 16 futbolçu yer alıb.

Xatırladaq ki, “Qəbələ” ilə “Samtredia” arasında ilk oyun iyunun 30-da, cavab matçı iyulun 7-də baş tutacaq. Komandamız ilk matçı evdə keçirəcək.

Qapıçılar

22. Dmitri Bezotosnı
33. David Petrkeviç

Müdafiəçilər

3. Voyislav Stankoviç
13. Murad Musayev
15. Vitali Vernidub
17. Məhəmməd Mirzəbəyov
20. Rikardinyo
34. Ürfan Abbasov
44. Rafael Santos

Yarımmüdafiəçilər

6. Rəşad Sadiqov
7. Nika Kvekveskiri
11. Asif Məmmədov
19. Filip Ozobiç
27. Teo Luis Uiks
32. Rəşad Eyubov

Hücumçu

9. Sergey Zenyov

Xəbər 1745 dəfə oxundu.