AÇ-2016: ikinci yarış günündə daha 4 medal şansı
Rumıniyanın paytaxtı Buxarest şəhərində güləş üzrə gənclər arasında Avropa çempionatı davam edir. İlk yarış günündə güləşçilərimizdən Mikayıl Rəhmanov (60 kq) qızıl və Azər Nəsibli (50 kq) gümüş medal qazanıb.

Çempionatın ikinci günündə 55, 66, 84 və 120 kq çəkidə yunan-Roma güləşçiləri mübarizə aparır.

55 kq
1/8 final - Nofəl Babayev - Dato Çxartişvili (GEO) / Jakub Tadeusz Scieglinski (POL)

66 kq
1/16 final - Sənan Süleymanov - Aleksa Erski (SRB)

84 kq
1/8 final - Efstratios Nikitas (GRE) - İslam Abbasov

120 kq
1/4 final - Adəm Cəlilov - Artur Vititin (EST) / Nikolay İzmaylov (RUS)

Xəbər 805 dəfə oxundu.