Qarabağ istirahətsiz davam edir
"Qarabağ" Avstriyada təlim-məşq toplanışını davam etdirir. Toplanışın beşinci günündə komandanın iki məşqi nəzərdə tutulub.

İlk məşq yerli vaxtla saat 12:00-da (Bakı vaxtı ilə saat 14:00) start götürüb. Hazırlıqda futbolçular daha çox fiziki taktiki çalışmalara üstünlük verib.

Komandanın axşam məşqi isə yerli vaxtla saat 19:00-da baş tutacaq.

Xəbər 654 dəfə oxundu.