Neftçi iştirak ərizəsini UEFA-ya təqdim etdi
"Neftçi” Avropa Liqasının ilk mərhələsinin oyunları üçün iştirak ərizəsini UEFA-ya təqdim edib. Ərizədə 22 futbolçu yer alıb.

Qapıçılar: 44. Sənan Əlizadə, 53. Maksim Vaylo, 66. Kamran İbrahimov;

Müdafiəçilər: 3. Jayro Rodriqes, 4. Rahil Məmmədov, 22. Vançe Şikov, 26. Kamal Qurbanov, 27. Məqsəd İsayev, 30. Dario Melnyak, 41. Ömər Buludov, 95. Elvin Bədəlov;

Yarımmüdafiəçilər: 7. Araz Abdullayev, 8. Elşən Abdullayev, 10. Cavid İmamverdiyev, 13. Murad Ağayev, 17. Rəhman Hacıyev, 19. Fəhmin Muradbəyli, 21. Aqşin Qurbanlı, 45. Kamran Nəcəfzadə, 80. Edson Kastilyo, 88. Orxan Qurbanlı;

Hücumçu: 11. Ruslan Qurbanov.

Qeyd edək ki, ilk matçın başlanmasına 24 saat qalmışadək iştirak ərziəsinə daha bir futbolçunun adını əlavə etmək mümkündür. Bununla yanaşı, sifariş ərizəsinə son iki ildə klubda qeydiyyatda olan və yaşı 21-dən çox olmayan futbolçular daxil edilə bilər.

"Neftçi” Avropa Liqasının ilk təsnifat mərhələsində Maltanın "Baltsan” klubu ilə qarşılaşacaq. İlk oyun iyunun 30-da səfərdə, cavab görüşü iyulun 7-də "Bakcell Arena”da baş tutacaq.

Xəbər 764 dəfə oxundu.