Olimpiya atıcılıq növləri üzrə Dünya Kubokunun açılış mərasimi keçirildi
Beynalxalq İdman Atıcılıg Federasiyasiyasının təqvim planina əsasən 20-29 iyun 2016-ci il tarixlərində Bakı şəhərində 15 olimpiya atıcılıq növləri üzrə Dünya Kuboku yarışının (ISSF WORLD CUP 2016 ) açılış mərasimində gənclər və idman naziri Azad Rəhimov da iştirak edirdi.

Məlumat üçün bildirək ki, yarış Azərbaycan Atıcılıq Federasiyasının təşkilatçılığı, Milli Olimpiya Komitəsinin, Gənclər və İdman Nazirliyinin və «Qəbələ» Atıcılıq Klubunun dəstəyi ilə Baki Atıcılıq Mərkəzində baş tutacaq. İyunun 21-də Mərkəzdə turnirin rəsmi açılış mərasimi keçiriləcək.

Dünya reytinq cədvəlində xüsusi yer tutan olimpiya atıcılıq növləri üzrə Dünya Kuboku yarışında 80 ölkədən 1013 idmançı, eləcə də rəsmi qonaq və idman nümayəndəsi iştirak edir.

Qeyd edək ki, bu yarişlar 6-14 avgustda Rio de Janeyroda keçiriləcək Olimpiya oyunlarin ərəfəsində son mərhəlləsidir.

16-23 sentyabr ərzində isə “Qəbələ” atıcılıq klubunda ənənəyə əməl olaraq olimpiya atıcılıq növləri üzrə Dünya Kuboku yarışlarının final mərhələsi keçiriləcək.

Qeyd edək ki, bu yarışlar 2016-ci il ərzində Beynəlxalq İdman Atıcılıq Federasiyasının təqvim planında ən mühüm yarışlardan biri hesab olunur.

20-29 iyun tarixlərində yarışlar Beynəlxalq İdman Atıcılıq Federasiyasının rəsmi televiziya kanalı «ISSF TV» vasitəsilə dünyanin bir çox olkələrdə canlı yayımlanacaq.

Yarışın rəsmi sponsorları Azərbaycan Atıcılıq Federasiyası, Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyini, “Qəbələ” Atıcılıq Klubu, «Gilan Construction & Development», «Qafqaznet», «Milla» , «Fiji water», «Aztexnika», «Qatar Airways» «Beretta».

Xəbər 1841 dəfə oxundu.