“Neftçi” Avropa Liqasında ilk oyununu Maltada keçirəcək
Avropa Liqasının I təsnifat mərhələsində “Neftçi” və “Baltsan” klubları arasındakı ilk qarşılaşma iyunun 30-da Maltada keçiriləcək.

İlk görüş Azərbaycan paytaxtında keçirilməli olsa da, klublar arasında əldə olunmuş razılaşmaya əsasən UEFA-ya məktub ünvanlanıb və qurum ilk görüşün Maltada təşkilinə müsbət cavab verib. Bununla bağlı artıq hər iki kluba məktub ünvanlanıb.

Komandalar arasında ilk görüş iyunun 30-da Maltadakı “Hibernians” stadionunda, cavab oyunu isə bir həftə sonra Bakıdakı 8-ci km qəsəbə stadionunda olacaq.

Xəbər 651 dəfə oxundu.