“Kəpəz” klubu Türkiyədəki təlim-məşq toplanışını yekunlaşdırıb
Gəncənin “Kəpəz” futbol klubu Türkiyənin Ərzurum şəhərindəki təlim-məşq toplanışını başa vurub.

Gəncə klubu bu axşam Türkiyədən Azərbaycana qayıdacaq.

Şahin Diniyevin yetirmələri qısa istirahətdən sonra Avropa Liqasının birinci təsnifat mərhələsində qarşılaşacağı Moldovanın “Daçiya” komandası ilə oyunların hazırlığına başlayacaq.

“Kəpəz” hazırda baxışda olan iki legionerlə müqavilə bağlamağa hazırlaşır. Söhbət portuqaliyalı yarımmüdafiəçi Serjinyo və braziliyalı müdafiəçi Renan Alveşdən gedir. Onların hər ikisi ilə birillik müqavilə imzalanması gözlənilir.

Qeyd edək ki, “Kəpəz”lə “Daçiya” arasındakı ilk oyun iyunun 28-də saat 18:00-da Bakıda, “Dalğa Arena”da keçiriləcək.

Xəbər 760 dəfə oxundu.