Abışov İnterlə Neftçi arasında bazarlıq edir
Azərbaycan yığmasının müdafiəçisi Ruslan Abışov karyerasını harada davam etdirəcəyinə hələ də qərar verməyib. "Qəbələ"dən ayrılandan sonra bir neçə klubdan təklif alan futbolçu qərar verməyə tələsmir.

Hazırda o, "İnter" və "Neftçi" arasında seçim edir. "Ağ-qaralar"dan daha cəlbedici təklif gözləyən Abışov "İnter"ə müsbət cavab verməyə tələsmir.

"İnter" isə buna görə başqa mərkəz müdafiəçisi axtarışına çıxıb. İstisna deyil ki, paytaxt klubu legioner müdafiəçi alsın.

Xəbər 832 dəfə oxundu.