Qarabağın Avstriyada dördüncü günü
"Qarabağ" Avstriyada təlim-məşq toplanışını davam etdirir. Hazırlığın dördüncü günündə komanda çalışmalara fitnes zalında start verib.

Günün ikinci məşqi isə yerli vaxtla saat 19:00-da (Bakı vaxtı ilə 21:00) baş tutub. Meydançada keçirilən hazırlıqda futbolçular daha çox fiziki və toplu çalışmalara üstünlük verib. Dünən toplanışa qoşulan millinin futbolçuları isə fərdi məşqlərlə kifayətlənib. Migel Madera və Dani Kintana isə artıq komandayla məşqlərə başlayıb.

Hazırlıq təxminən 90 dəqiqə davam edib.

Xəbər 654 dəfə oxundu.