Cüdoçularımız yenə əliboş qaldılar
Dünən Almaniyanın Düsseldorf şəhərində cüdoçular arasında qran-pri turniri start götürüb. İdman.com.az saytının məlumatına görə, yarışda Azərbaycan millisi də iştirak edir. Yarışın ilk günü təmsilçilərimiz üçün uğursuz olub. 60 kq-da mübarizə aparan İlqar Müşkiyev və Orxan Səfərov lisenziya xalı qazana bilməyiblər. Eyni aqibətlə Tərlan Kərimov (66 kq) üzləşib.

73 kq çəkidə güləşən Rüstəm Orucov 1/4 finala qədər irəliləyib. Onun burada yolunu niderlandlı Deks Elmont kəsib. Hər halda, idmançımız əliboş qalmayıb. 5-ci yeri tutan Rüstəm hesabına 40 lisenziya xalı yazıb. Buna qədər, onun aktivində 76 bal vardı.
Qadınların mübarizəsində Kifayət Qasımova (57 kq) və Ramilə Yusubova (63 kq) da zəif təsir bağışlayıblar.

Sabah rəqabətə olimpiya çempionumuz Elnur Məmmədli (81 kq), Elxan Qasımov (90 kq) və Elmar Qasımov (100 kq) qoşulacaqlar.
Qeyd edək ki, ümumi mükafat fondu 100000 ABŞ dolları olan yarışda, qalib idmançı 3000, 2-ci yer tutan 2000 və 3-cü yerin sahibləri hərəyə 1000 dollar qazanırlar.


Xəbər 1016 dəfə oxundu.