Kəpəz - Daçiya matçının vaxtı dəyişdirildi
UEFA Azərbaycan klublarının avrokuboklardakı oyunlarının vaxtını təsdiqləyib. Son çempion "Qarabağ" Çempionlar Liqasının ikinci təsnifat mərhələsində Lüksemburq "Düdelanj"ı ilə ilk oyununu iyulun 12-də Bakıda keçirəcək.

"Qəbələ" və "Kəpəz" müvafiq olaraq Gürcüstan "Samtrediya"sı və Moldova "Daçiya"sı ilə evdə qarşılaşacaq. "Neftçi" isə ilk oyununu səfərdə Malta "Baltsan"ına qarşı keçirəcək. Bu görüşlərin hamısı iyunun 30-da baş tutacaqdı. Lakin UEFA sonradan "Kəpəz" - "Daçiya" matçının iyunun 28-də oynanılmasına qərar verib.

Xəbər 655 dəfə oxundu.