Yay Futbol Düşərgəsi layihəsində 2-ci mərhələ start götürdü
"Kapital Bank" ASC, "Paşa Həyat Sığorta" ASC-nin sponsorluğu, Təhsil Nazirliyi, Sumqayıt Şəhər İcra Hakimiyyəti, Sumqayıt Şəhər Təhsil Şöbəsi və "Azərikimya" İstehsalat Birliyinin dəstəyi, "Sumqayıt" Futbol Klubunun təşkilatçılığı ilə Sumqayıt məktəbliləri üçün keçirilməsi nəzərdə tutulmuş "Yay Futbol Düşərgəsi" layihəsinin 2-ci qrupuna start verilib.

İyunun 16-da start götürən layihə 9 gün müddətində 3 qrup üzrə keçiriləcək. Ümumilikdə, layihədə Sumqayıtda yerləşən 52 məktəb və liseyin tədris ilində fərqlənən 100-dən artıq oğlan və qız şagirdi iştirak edəcək. "Yay Futbol Düşərgəsi" layihəsinə nəzarəti "Sumqayıt" Futbol Klubunun texniki direktoru Aqil Məmmədov edir. Qeyd edək ki, "Yay Futbol Düşərgəsi" layihəsinin ilk mərhələsində 6, 11, 14, 16, 28, 30, 31 38 və 40 saylı orta məktəblərin şagirdləri iştirak edib.

Xatırladaq ki, "Sumqayıt" FK məhz "Kapital Bank" ASC, "Paşa Həyat Sığorta" ASC-nin sponsorluğu ilə ötən il də "Yay Futbol Düşərgəsi" layihəsi keçirmişdi.

Xəbər 677 dəfə oxundu.