Yunan-Roma güləşçilərimiz Rumıniyada 3 medal qazanıblar
Rumıniyanın paytaxtı Buxarestdə İon Cornianu və Ladislau Simonun xatirəsinə həsr olunmuş yunan-Roma güləşi üzrə beynəlxalq turnir keçirilib.

İki gün davam edən turnirdə ölkəmizi baş məşqçi Cəmşid Xeyrabadi və məşqçi Akif Əliyevin rəhbərliyi altında Rövşən Bayramov (59 kq), Elvin Mürsəliyev (80 kq) və Sabah Şəriəti (130 kq) təmsil ediblər.

Güləşçilərimiz yarışı 1 qızıl, 1 gümüş və 1 bürünc medalla başa vurublar. Rumıniya, ardınca iki İran təmsilçisindən üstün olan Sabah Şəriəti (130 kq) turnirin qızıl medalına yiyələnib. Yarışda 59 kiloqram çəki dərəsində mübarizə aparan Rövşən Bayramov finalda yerli idmançı ilə görüşdən məğlub ayrılıb və turnirin gümüş medalına sahib olub.

Bürünc medalı isə Elvin Mürsəliyev (80 kq) qazanıb.

Xəbər 659 dəfə oxundu.