“Şuşa-Qarabağ” futbol komandası ev oyunlarını “Əlincə” stadionunda keçirəcək
“Şuşa-Qarabağ” futbol klubunun 2016-2017-ci il mövsümündə çıxış edəcəyi Azərbaycan çempionatının birinci divizionunda ev oyunlarını hansı stadionda keçirməsi məsələsinin müzakirəsi ilə əlaqədar klubun Müşahidə Şurasının iclası olub.

İclasda təklif olunan bir neçə stadion və futbol bazası ilə bağlı müzakirələr aparılıb. Müzakirələr nəticəsində Masazır qəsəbəsindəki “Əlincə” stadionu texniki tələblərə uyğun görüldüyü üçün müvafiq müqavilənin imzalanması barədə qərar qəbul olunub.

Klubun prezidenti Güləli Bağırov 2016-2017-ci il mövsümündə futbolsevərləri “Əlincə” stadionunda görməkdən məmnun olacağını bildirib.

İclasda “Şuşa-Qarabağ” komandasının oyunlarını izləmək üçün stadiona gələcək azarkeşlərə üzvlük kartlarının verilməsi məsələsinə də baxılıb. Bu kartlara malik şəxslər komandanın “Əlincə” stadionunda keçirəcəyi oyunlara pul ödəmədən baxa biləcəklər.

Xəbər 1314 dəfə oxundu.