İtaliyalı pilot Bakıda GP2 seriyasının qalibi oldu
"Prema Racing" komandasının italyan pilotu Antonio Covinatsi Bakıda "Formula 1" Avropa Qran Prisi çərçivəsində GP2 seriyası üzrə ikinci yürüşdə (sprint) qələbə qazanıb. Onun nəticəsi 44:49.606 olub.

İkinci yeri onun komanda yoldaşı fransalı Pyer Qasli (+1.7), üçüncü yeri isə ART komandasından rusiyalı pilot Sergey Sirotkin (+4.1 saniyə) tutub.

Xatırladaq ki, bir qədər əvvəl sprintin 12-ci döngəsində kütləvi qəza olmuşdu. Qəza nəticəsində 3 pilot mübarizəni dayandırmışdı.

Xəbər 1976 dəfə oxundu.