“Qarabağ” Avstriyada hazırlığını davam etdirir
“Qarabağ” Avstriyada hazırlığını davam etdirir. Təlim-məşq toplanışında olan komanda hazırlığın ikinci günündə 2 məşqlə kifayətlənib.

Bakı vaxtı ilə saat 21:00-da başlayan ikinci məşq tamamilə toplu çalışmalara həsr olunub. Təxminən 1 saat 30 dəqiqə davam edən məşq zamanı komanda üzvləri topla müxtəlif hərəkətləri yerinə yetiriblər.

Qeyd edək ki, bu günə “Qarabağ”ın daha bir məşqi nəzərdə tutulub.

Xəbər 681 dəfə oxundu.