Şəhriyar qələbəyə həsrətdir
Latviyanın Yurmala şəhərində Vladimir Petrovun xatirəsinə həsr olunmuş sürətli şahmat üzrə beynəlxalq turnirin final mərhələsi start götürüb. İdman.som.az saytı xəbər verir ki, finalın 8 iştirakçısından 4-ü 58 nəfər arasında seçmə yarışdan müəyyənləşib, qalan 4-ü, o cümlədən Şəhriyar Məmmədyarov, birbaşa bu mərhələyə dəvət olunub. 8 zəka sahibinin dairəvi sistemli mübarizəsində 7 turdan 3-ü bu gün baş tutub, qalanı isə sabah olacaq. Şəhriyar Məmmədyarov hər üç görüşünü məğlubiyyətlə başa vurub. O, İqor Kovalenko, Aleksey Şirov və İldar Xayrullinə yenilib.

Xəbər 933 dəfə oxundu.