Kəpəz Türkiyədəki ilk sınaq matçında bərabərə qaldı
“Kəpəz” Ərzurum toplanışı çərçivəsində ilk yoxlama oyununu keçirib. Gəncə klubu Türkiyə Futbol Federasiyası Bölgə Karmalar (seçmə) komandası ilə üz-üzə gəlib.

Yerli hakimlər briqadasının idarə etdiyi oyuna “sarı-göylər” iki fərqli heyətlə çıxıb. Birinci hissədə baş məşqçi Şahin Diniyev Davud Kərimi (Eyyub Əliyev), Tural Nərimanov, Azad Kərimov, Novruz Məmmədov, Elcan Rəhimov, Ceyhun Cavadov, Əli Səmədov, Fərid Məmmədov, Orxan Əliyev, Tural Rzayev və Tural Qürbətova oynamaq şansı verib.

Fasilədən sonra isə məşqçilər korpusu meydana Tadas Simaitis, Tural Axundov, Şəhriyar Əliyev, Renan da Silva Alveş, Şəhriyar Rəhimov, Kərim Diniyev, Vüqar Bəybalayev, Nicat Qurbanov, Dario Federiko, Serjio Manuel Kosta Karneyro və Julien Ebahı buraxıb.

Matçın ilk yarısı qarşılıqlı hücumlar şəraitində keçib. İkinci hissədə isə üstünlük “Kəpəz”in tərəfində olub. Gəncəlilərin heyətində Federikonun təhlükəli zərbəsi dirəyə dəyib. Dario kimi Nicat Qurbanov, Serjinyo və Ebahın da fərqlənmək üçün imkanı olsa da, hesabı açmaq mümkün olmayıb – 0:0.

Xəbər 665 dəfə oxundu.