Qəbələ Gürcüstan klubu üzərində qələbə qazandı
Premyer Liqanın bürünc mükafatçısı “Qəbələ” bu gün Gürcüstan toplanışı çərçivəsində ilk yoxlama görüşünü keçirib. Roman Qriqorçukun yetirmələrinin rəqibi Qori “Dila”sı olub.

Qarşılaşma Azərbaycan klubunun inamlı qələbəsi ilə başa çatıb. İlk yarıda hesab açılmasa da, fasilədən sonra qəbələlilər rəqib qapısından iki top keçirə biliblər.

Qeyd edək ki, ölkəmizi Avropa Liqasında təmsil edəcək “qırmızı-qaralar” yeni mövsümün hazırlığı çərçivəsində ilk iki oyunu paytaxtımızda “Bakı”ya qarşı keçirib və ilk oyunda 1:1 hesablı heç-heçəyə razılaşıb, sonuncu görüşdə isə 3:0 hesablı qələbə qazanıb.

Yoxlama oyunu
18 iyun

"Dila" - "Qəbələ" - 0:2 (0:0)

Xəbər 791 dəfə oxundu.