Yığmamız Xorvatiyaya qalib gəldi
Makedoniyanın Skopye şəhərində təşkil olunmuş UEFA-nın İnkişaf turnirində 17 yaşadək qızlardan ibarət Azərbaycan yığması bu gün Xorvatiya komandası ilə qarşılaşıb. Yığmamız Aytac Nemətova, Vüsalə Seyfəddinova və Anna Abulaşvilinin vurduğu qollarla 3:1 hesablı qələb qazanıb.

Xatırladaq ki, millimiz ilk görüşündə Makedoniya ilə üz-üzə gəlmişdi. Oyun 2:2 hesabı ilə başa çatdığı üçün qalib penalti seriyasında müəyyənləşib. Zərbələri daha sərrast yerinə yetirən meydan sahibləri 4:2 (ümumi nəticə - 6:4) hesabı ilə qalib gəlib.

Xəbər 689 dəfə oxundu.