Millimiz Rostova qalib gəldi
Rusiyanın Rostov şəhərində təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoxlama oyunu keçirib. “Rostov” klubunun U-18 komandası ilə qarşılaşan yığmamız 4:2 hesablı qələbə qazanıb.

Kamran Quliyevin dubl etdiyi oyunda hərəyə 1 dəfə Xaqani Sadıxov və Şakir Seyidov fərqlənib.

Xəbər 682 dəfə oxundu.