Hansı türkiyəli futbolçu "Anji"yə keçir?
"Anji" klubunun oyunçu-məşqçisi Roberto Karlos, sabiq komandası, "Fənərbağça"nın hücumçusu Səmih Şəntürkü transfer edəcəklərini bildirib. İdman.com.az saytının məlumatına görə, müdafiəçi Mahaçqala təmsilçisinin yeni baş məşqçisi Quus Hiddinkin Türkiyə millisindən yaxşı tanıdığı Semihi komandasında görmək istədiyini açıqlayıb:

"Səmihlə görüşlərim davam edir. O, "Fənərbağça"da ən yaxşı komanda yoldaşım idi. Səmihi transfer etmək istəyirik. Bununla bağlı rəhbərliklə söhbətim olub. Gələn ildən Semihlə eyni komandada çıxış edə bilərəm". Qeyd edək ki, "Anji" ilə 1,5 illik müqavilə imzalayan Hiddink artıq futbolçularla tanış olub.

Xəbər 1033 dəfə oxundu.