Azərbaycanın 17 yaşadək qızlardan ibarət milli komandası Xorvatiyaya qalib gəlib
Makedoniyanın paytaxtı Skopyedə keçirilən UEFA-nın inkişaf turnirində 17 yaşadək qızlardan ibarət Azərbaycan yığması iyunun 18-də Xorvatiya komandası ilə qarşılaşıb.

Yığmamız Aytac Nemətova, Vüsalə Seyfəddinova və Anna Abulaşvilinin vurduğu qollarla 3:1 hesab ilə qələbə qazanıb.

Millimiz ilk görüşdə Makedoniya ilə üz-üzə gəlmişdi. Oyun 2:2 hesabı ilə başa çatdığı üçün qalib penalti seriyasında müəyyənləşmişdi. Zərbələri daha sərrast yerinə yetirən meydan sahibləri 4:2 (ümumi nəticə - 6:4) hesabı ilə qalib gəlmişdilər.

Xəbər 775 dəfə oxundu.