ABŞ yığması 21 il aradan sonra ilk dəfə Amerika kubokunun yarımfinalına yüksəlib
ABŞ yığması 1995-ci ildən bu yana ilk dəfə Amerika kubokunun yarımfinalına yüksəlib.

ABŞ millisi buna Amerika kubokunun dörddəbir qarşılaşmasında Ekvadora 2:1 hesabı ilə qalib gəlməklə müvəffəq olub. Birləşmiş Ştatlarda keçirilən qitə çempionatında yerli komandanın yarımfinaldakı rəqibi növbəti gecə oynanılacaq Argentina – Venesuela görüşündə müəyyənləşəcək. Digər dörddəbir görüşlərində isə Peru – Kolumbiya və Meksika – Çili ilə münasibətlərə aydınlıq gətirəcək.

Xəbər 668 dəfə oxundu.