Baş məşqçi rəqibimizin daha bir oyununu izləyib
2018-ci ildə keçiriləcək dünya çempionatının seçmə mərhələsində millimizlə eyni qrupda mübarizə aparacaq yığmaların oyunlarını izləmək üçün Fransada səfərdə olan Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki Avro-2016-nın C qrupunda Lion şəhərində keçirilmiş Ukrayna – Şimali İrlandiya oyununu izləyib.

Qeyd edək ki, oyun rəqibimizin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Xəbər 780 dəfə oxundu.