Bakının “Neftçi” klubu heyətini venesuelalı futbolçu ilə gücləndirib
Bakının “Neftçi” klubu mövsümlərarası fasilədə ilk transferini gerçəkləşdirib.

“Mineros Quayana” klubunun yarımmüdafiəçisi Edson Kostilya qarşıdakı bir il müddətində paytaxt təmsilçisinin uğurları üçün çalışacaq. Bu barədə məlumatı Kastillo özü yerli mətbuata açıqlamasında verib. İyirmi iki yaşlı futbolçu Türkiyəyə yollanıb və “Neftçi”nin toplanışına qatılıb.

E.Kostilya bildirib ki, “Neftçi”yə transferi ilə bağlı proses çox sürətlə cərəyan edib. “Neftçi” klubuna oyunlarımın videolarını göndərdim və onlar da bəyəndilər. İndi məni yeni macəra gözləyir. Yeni komandamda da uğurlu olacağıma inanıram. “Mineres Quayana”nın baş məşqçisi Xose de Xesusa minnətdarlığımı bildirirəm. Onun sayəsində ən gözəl mövsümümü keçirdim, komandanın kapitanı oldum”, – deyə E.Kostilya əlavə edib.

E. Kostilya Venesuela çempionatının son mövsümündə 20 oyunda meydana çıxıb və bir qol vurub.

Xəbər 808 dəfə oxundu.