UEFA Cüneyt Çakıra yüksək qiymət verib
Türkiyəli hakim Cüneyt Çakırın Avropa çempionatının “F” qrupunda idarə etdiyi Portuqaliya-İslandiya oyunu üçün aldığı qiymət açıqlanıb.

Türkiyəli FİFA referisi hakimlər briqadası ilə birgə 8.5 bal alıb.

Bu göstərici ilə Çakır qitə turnirinin startından bu yana UEFA tərəfindən ən yüksək qiymət alan hakim olub.

Qeyd edək ki, Çakır Avropa çempionatında növbəti dəfə “E” qrupunda Belçika və İrlandiya yığmaları arasında keçiriləcək qarşılaşmanı idarə edəcək.

Xəbər 647 dəfə oxundu.