Güləşçilərimiz Batumidə 2 gümüş və 7 bürünc medal qazanıblar
Batumidə dünya və Avropa çempionu Davit Bedinadzenin şərəfinə yeniyetmələr arasında yunan-Roma güləşi üzrə beynəlxalq turnir keçirilib.

Azərbaycan, Gürcüstan, Ermənistan, Türkiyə və Rusiya komandalarının mübarizə apardığı yarışda güləşçilərimiz 2 gümüş və 7 bürünc medal qazanıblar.

Yalnız final görüşündə uduzan Əsgər Əlizadə (46 kq) və Fərid Qafarov (54 kq) turnirin gümüş medalına yiyələniblər. Bürünc medalları isə yığmamıza Zaur Əliyev, Elçin Quluzadə (hər ikisi 42 kq), Araz Şükürzadə (46 kq), Əli Kərimov (50 kq), Həsən Məmmədli (58 kq), Məhəmməd Alxaslı (85 kq) və Uğur Hacılı (100 kq) qazandırıblar.

Bu nəticə ilə yığmamız komanda hesabında Gürcüstan yığmasından sonra ikinci yeri tutub.

Xəbər 634 dəfə oxundu.