Borclu borclunun sağlığını istəmədi
İngiltərənin “Portsmut” klubunun cəzalanması rəsmiləşib. İdman.com.az saytının məlumatına görə, komandanın hesabından 10 xal silinib. İngiltərə Futbol Assosiasiyası belə sərt qərarı klubun borcları olduğu üçün verib. Qurumun belə addım atmasına İngiltərə Ali Məhkəməsinin çıxardığı qərar da təsir edib. Belə ki, məhkəmə klubun daxili idarəetməyə keçməsini zəruri sayıb.

4 milyon funt sterlinq borcu olan “Portsmut” işçilərinin də əmək haqlarını ödəyə bilmir. Bununla da hesabından 10 xal silindikdən sonra Çempionşipdə çıxış edən klub 25 xalla 22 komanda arasında 21-ci pilləyə yuvarlanıb.
Qeyd edək ki, “Portsmut” ikiqat İngiltərə çempionudur. Komanda ölkə birinciliklərini 1948/49 və 1949/50 mövsümlərində qazanıb.

Xəbər 1067 dəfə oxundu.