“Avro-2016”: Rumıniya–İsveçrə matçı heç-heçə başa çatıb
İyunun 15-də XV Avropa çempionatının altıncı gününün ikinci matçında “A” qrupunda yer alan Rumıniya və İsveçrə yığma komandaları qarşılaşıb.

Parisdə “Park de Prəns” stadionunda keçirilən görüşü rusiyalı baş hakim Sergey Karasev idarə edib.

Qrup mərhələsinin birinci turunda Rumıniya 1:2 hesabı ilə Fransaya məğlub olmuş, İsveçrə isə 1:0 hesabı ilə Albaniyaya qalib gəlmişdi.

Rumıniya–İsveçrə matçının birinci hissəsində İsveçrə yığması üçün bir neçə dəfə qol imkanı yaransa da, 18-ci dəqiqədə Rumıniya millisinin üzvü Boqdan Stançu topu rəqib komandanın qapısından keçirib.

İkinci hissədə daha fəal olan isveçrəlilər matçın 57-ci dəqiqəsində hesabı bərabərləşdiriblər. Admir Mehmedi topu rəqib qapısından keçirib və hesab 1-1 olub.

İsveçrəlilərin cəhdlərinə baxmayaraq, matç 1-1 hesabı ilə başa çatıb.

Xəbər 740 dəfə oxundu.