Azərbaycan çempionu Rusiyanın “Zenit” komandası ilə qarşılaşacaq
Yeni mövsümün hazırlıqları üçün Avstriyaya gedəcək “Qarabağ” futbol klubunun keçirəcəyi yoxlama görüşlərindəki növbəti rəqibi məlum olub.

Komandamız “Rostov”la qarşılaşmalı olsa da, planda dəyişik olub. “Qarabağ” iyunun 28-də dördqat Rusiya çempionu “Zenit” ilə yoxlama oyunu keçirəcək.

Qeyd edək ki, “Qarabağ”ın ilk rəqibi yerli “Vakker” klubudur. Sözügedən qarşılaşma iyunun 25-də baş tutacaq.


Xəbər 668 dəfə oxundu.