“Qəbələ” futbol klubunun məşqçilər korpusunda dəyişiklik edilib
“Qəbələ” futbol klubunun məşqçilər korpusunda dəyişiklik edilib.

Ötən mövsüm Azərbaycan çempionu tituluna yiyələnən əvəzedicilərin baş məşqçisi Ramin Quliyev “Qəbələ”dəki fəaliyyətini əsas komandada davam etdirəcək. Əvəzedicilərədək akademiyanın aşağı yaş qruplarından olan komandalarında da çalışmış 35 yaşlı mütəxəssis klubun məşqçisi təyin olunub.

Bunadək Roman Qriqorçukun başçılıq etdiyi məşqçilər korpusunda yer alan Mixaylo Savka və Stepan Matveyevin “Qəbələ”dəki fəaliyyəti başa çatıb. 2015-ci ilin yanvarından klubda çalışan ukraynalı məşqçilər ailə vəziyyəti ilə əlaqədar əsas komandadan ayrılıblar.


Xəbər 665 dəfə oxundu.