“Xəzər Lənkəran”ın hücumçusu milli komandaya çağrıldı
Kosta-Rika milli komandasının heyəti açıqlanıb. İdman.com.az saytının məlumatına görə, fevralın 29-da Uels yığması ilə keçiriləcək yoxlama oyununa çağırılanlar sırasında Unibank Premyer Liqasında çıxış edən legioner də var. Kosta-rikalıların baş məşqçisi qarşılaşmaya çağırdığı 19 futbolçu arasında ölkə xaricində çıxış edən 14 oyunçuya yer verib.

Bunlardan biri də “Xəzər Lənkəran”ın yeni transferi Rendal Brenesdir. Hücumçu qarşıdakı yoxlama oyununda iştirak etmək imkanı qazansa da onun həmyerlisi Uinston Parks bu dəfə kənarda qalıb. Pinto “Bakı”nın ön xətt oyunçusuna ehtiyac duymayıb.
Qeyd edək ki, Brenes ilk dəfədir yığmaya “Xəzər Lənkəran”ın üzvü kimi çağırılır.

Xəbər 1107 dəfə oxundu.