“Copa Amerika-2016”da növbəti oyunlar keçirilib
İyunun 13-də “Copa Amerika-2016”da növbəti oyunlar keçirilib.

Bu gün “B” qrupunda mübarizə aparan komandalar meydana çıxıblar. Günün ilk matçında Ekvador millisi Haiti yığma komandasını 4:0 hesabı ilə məğlub edib. Braziliya-Peru qarşılaşmasında isə sürpriz nəticə qeydə alınıb. Belə ki, rəqibinə 0:1 hesabı ilə məğlub olan Braziliya turnirlə elə qrup mərhələsindəcə vidalaşıb.

Braziliyalılar 3 oyundan 4 xal toplayaraq qrupda 3-cü yeri tutublar. Bu qrupdan növbəti mərhələyə Peru və Ekvador milliləri vəsiqə qazanıb.

Xəbər 910 dəfə oxundu.