Lisenziya əldə etmiş futbol klublarının nümayəndələri ilə görüş keçirilib
İyunun 10-da AFFA-nın inzibati binasında 2016-2017-ci il lisenziyalaşdırma mövsümündə UEFA-nın klub yarışlarında və Azərbaycan Premyer Liqasında iştirak etmək üçün lisenziya əldə etmiş futbol klublarının nümayəndələri ilə görüş keçirilib.

Lisenziyalaşdırma Qrupunun rəhbəri Elçin Məmmədov tərəfindən iştirakçılara lisenziyalaşdırma mövsümünün yekunları, statistik göstəricilər və növbəti mövsümün lisenziyalaşdırma prosesini əhatə edəcək bəzi yeniliklərlə bağlı məlumat verilib.

Tədbirin sonunda iştirakçılara lisenziyalar və mövsüm ərzində lisenziyalaşdırma prosesində fəal iştirak edən klub nümayəndələrinə xatirə hədiyyələri təqdim olunub.

Xəbər 766 dəfə oxundu.