Avro-2016: Nə qədər xərclənib
Bəzi mənbələrə görə, Avropa futbol çempionatının final mərhələsinə hazırlıq Fransa dövləti və şəhər büdcələrinə, ümumilikdə, 1,6 milyard avroya başa gəlib. Bunun cəmi 500 milyonu infrastruktur xərcləridir. Son vaxtlar baş vermiş hadisələrə görə xərclər bir qədər artıb.

Təhlükəsizlik məsələlərinə 34 milyon avro xərclənib. Daha 2,5 milyon avro təhlükəsizlik məqsədilə turistlərlə iş üçün ayrılıb.

Hazırlıq dövründə bütün işlərə 94 min işçi cəlb edilmişdi. 250 şirkətlə müqavilə bağlanaraq müxtəlif sifarişlər icra olunub.

Xəbər 807 dəfə oxundu.